“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar


Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

02 iyul 2026-cı il tarixində Lənkəran Dövlət Universitetində "Məzun günü" ilə əlaqədar tədbir keçirilmişdir..!

News Image

02 iyul 2026-cı il tarixində Lənkəran Dövlət Universitetində "Məzun günü" ilə əlaqədar tədbir keçirilmişdir..!

02 iyul 2026-cı il tarixində Lənkəran Dövlət Universitetində "Məzun günü" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə universitet rəhbərliyi, professor - müəllim heyəti, dəvət olunmuş qonaqlar və tələbələr iştirak etmişlər. Təhsildə fərqlənən, ictimai işlərdə fəal iştirak edən tələbələrə hədiyyə və fəxri fərmanlar təqdim olunmuşdur.

LDU HİK-in təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin əməkdaşları hər il olduğu kimi bu il də 2025/2026-cı tədris ilinin yekunu ilə əlaqədar ənənəvi istirahət və əyləncə üçün kütləvi gəzintiyə aparıldı...

News Image

LDU HİK-in təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin əməkdaşları hər il olduğu kimi bu il də 2025/2026-cı tədris ilinin yekunu ilə əlaqədar ənənəvi istirahət və əyləncə üçün kütləvi gəzintiyə aparıldı...

LDU kollektivi ənənəvi yay gəzintisində iştirak edib.

Lənkəran Dövlət Universitetinin professor-müəllim və işçi heyəti universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ənənəvi yay gəzintisinə çıxıb.

Lənkəranın Xanbulançay ərazisində təşkil olunan gəzinti iştirakçılara xoş istirahət, səmimi ünsiyyət və gərgin tədris ilindən sonra dincəlmək imkanı yaradıb.

Talış dağlarının əsrarəngiz təbiəti fonunda keçirilən gəzinti kollektiv üzvlərində xoş təəssüratlar yaradıb.

LDU HİK-in təşkilatçılığı ilə LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üçün 2025/2026-cı tədris ilinin yekunu ilə əlaqədar ənənəvi gəzinti-istirahət təşkil olunmuşdur...

News Image

LDU HİK-in təşkilatçılığı ilə LDU-nun nəzdində Sosial və Aqrar-Texnoloji Kollec üçün 2025/2026-cı tədris ilinin yekunu ilə əlaqədar ənənəvi gəzinti-istirahət təşkil olunmuşdur...

2025/2026 – cı tədris ilinin sona çatması ilə əlaqədar Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Sosial -aqrar texnoloji kollec kollektivinin ənənəvi gəzintisi təşkil olundu. Tədbir maraqlı oyunlar, ifalar və rəqslərlə yaddaqalan oldu. Gəzinti Lənkəran rayonu Xanbulan çayı ətrafında yerləşən "Şəlalə" restoranında keçirildi.

LDU-da HİK-in maliyyə dəstəyi və THİK-nın təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib...

News Image

LDU-da HİK-in maliyyə dəstəyi və THİK-nın təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib...

23.05.2026-cı il tarixində LDU-da HİK-in maliyyə dəstəyi və THİK-nın təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib. Tədbirin məqsədi tələbələrin bilik və dünyagörüşünü artırmaq, komanda ruhunu gücləndirmək və gənclərin intellektual fəaliyyətə marağını təşviq etmək olub.

Yarışda Lənkəran Dövlət Universitetinin tələbələri ilə yanaşı, LDU nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri də iştirak ediblər.

Ümumilikdə 24 komandanın qatıldığı yarışın nəticələrinə əsasən:


I yer — “Ceteris Paribus” komandası

II yer — “Viktoriya” komandası

III yer — “Xan Skaut” komandası

Qaliblər təşkilatçılar tərəfindən təltif olunublar.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə rəsm müsabiqəsi təşkil olundu...

News Image

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə rəsm müsabiqəsi təşkil olundu...

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə Kollecin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyevin 103-cü ildönümüylə əlaqədar “Vətən sevgisinin rəsm əsərlərində təcəssümü” adlı rəsm müsabiqəsi keçirildi. Müsabiqədə iştirak edən tələbələr vətən sevgisi, milli kimlik və tarixi yaddaşı əks etdirən müxtəlif mövzulu rəsm əsərlərini canlı nümayiş etdirdilər.

Sonda münsiflər heyəti tərəfindən müsabiqədə qaliblər müəyyən edilərək diplom və hədiyyələrlə təltif olundular.

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirilmişdir...

News Image

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirilmişdir...

Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyi”nə həsr olunmuş “Fibonacci” adlı intellektual yarış keçirilmişdir. Yarışda ixtisaslar üzrə ümumilikdə 9 komanda “Zirvə”, “Strateqlər”, "Stars of Finance”, “Secret brains", “5 ulduz”, “Fibona”, "Dominant”, “Xəmsə”, “Səltənət" komandaları iştirak etmişdir. Yarış "Fibonacci" oyununun qaydalarına əsasən 4 mərhələ və final mərhələsindən ibarət olmuşdur. Maraqlı mübarizə şəraitində keçən yarışda 1-ci yerin qalibi Fibona, 2-ci yerin qalibi Secret brains, 3-cü yerin qalibi Xəmsə komandası olmuşdur. Kollecin HİK tərəfindən yarışda yer tutan komandaların mükafatlandırılması təşkil edilmişdir.

LDU-da “Fibonacci” İntellektual oyunu təşkil olunub...

News Image

LDU-da “Fibonacci” İntellektual oyunu təşkil olunub...

Lənkəran Dövlət Universitetində LDU-da Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi və LDU Tələbə Həmkarlar İttifaqı komitəsinin təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “ Fibonacci” intellektual oyunu keçirilib. Tələbələrə həmin dövrun əhəmiyyətini çatdırmaq, onların türkoloji irsə marağını artırmaq və milli kimlik şüurunu gücləndirmək məqsədi ilə keçirilən yarışda Lənkəran Dövlət Univeristeti ilə yanaşı, universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin tələbələri də iştirak ediblər.

Ümümlikdə yarışa 26 komanda qatılıb. Yarışın nəticələrinə əsasən ilk 3 yeri tutan komandalar diplom, medal və kubokla təltif olunublar.

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş seçim turu keçirilib...

News Image

LDU-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş seçim turu keçirilib...

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının Lənkəran Dövlət Universitetində seçim turu keçirilib. 

Seçim turunu Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev açaraq Ulu öndər H. Əliyevin təhsilə və mədəniyyətə göstərdiyi qayğıdan söz açıb, iştirakçılara uğurlar arzulayıb. 

Musabiqənin seçim turuna Lənkəran Dövlət Universitetini təmsil edən tələbələr müxtəlif nominasiyalar üzrə qatılıblar. İştirakçılar musiqi alətlərində ifalar təqdim edib, musiqi parçaları, mahnılar və şeirlər səsləndirib, rəqs nümunələri nümayiş ediblər. 

Qeyd edək ki, yarışmanın münsiflər heyətinə daxil olan Bakı Xoreqrafiya Akademiyasının prorektoru, Azərbaycan respublikasının xalq artisti Təranə Muradova, əməkdar artist Rəşad Haşımov, Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasının müdiri Arslan Növrəsli və Təşkilat Komitəsi üzvləri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı respublika sədrinin müşaviri Pərvanə İsmayılova, ETİHİ Respublika komitəsinin mədəni, kütləvi və idman işləri şöbəsinin sektor müdiri Əli Rzayev və Təşkilatçı Rüstəm Nəzirov LDU-da keçirilən seçim turunda iştirak ediblər. 

Qeyd edək ki, münsiflər heyəti təqdim olunmuş nömrələrin əksəriyyətini bəyənib.

Azərbaycan Elm Təhsil Işçiləri Həmkarlar Ittifaqı Komitəsi tərəfindən Nabranda yerləşən Təhsil İstirahət Mərkəzində LDU əməkdaşlarının istirahəti təmin edilmişdir.

News Image

Azərbaycan Elm Təhsil Işçiləri Həmkarlar Ittifaqı Komitəsi tərəfindən Nabranda yerləşən Təhsil İstirahət Mərkəzində LDU əməkdaşlarının istirahəti təmin edilmişdir.

Azərbaycan Elm Təhsil Işçiləri Həmkarlar Ittifaqı Komitəsi tərəfindən Nabranda yerləşən təhsil istirahət mərkəzində Novruz düşərgəsində mart ayının 21-25 tarixlərində Lənkəran Dövlət Universitetinin və Sosial Aqrar Texnoloji Kollecin 14 nəfər əməkdaşı iştirak etmişdir. Düşərgə müddətində müxtəlif yarışlar, tədbirlər və konsert programları təşkil olunmuşdur. LDU-nun kollektivi keçirilən mini futbol yarışında 2 yerə layiq görülmüşdür.

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

News Image

LDU-da 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü Lənkəran Dövlət Universitetində (LDU) ehtiramla yad edilib. Universitetin rektoru, prof. Natiq İbrahimov başda olmaqla LDU-nun professor-müəllim, tələbə heyəti soyqırım qurbanlarının xatirəsinə ucaldılmış xatirə abidə kompleksini ziyarət ediblər.

Sonra universitetdə anım mərasiminə həsr edilmiş tədbir keçirilib. Professor-müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirin iştirakçıları soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Lənkəran Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru vəzifəsini icra edən dos. Zaur Məmmədov 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş kütləvi soyqırım hadisələrini hər il anmaqla onu dünyaya çatdırmağın vacib olduğunu bildirib. Qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixində imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında ilk dəfə olaraq bu hadisələrə siyasi və hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib.

Tədbirdə universitetin dosenti, tarix üzrə fəlsəfə doktoru Emin Məlikov “Mart soyqırımı”nın tarixdə yeri” mövzusunda geniş məruzə edib. Məruzədə bildirilib ki, 31Mart soyqırımı öz amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir. Ermənilərin zaman-zaman məkrli siyasət yeridərək “Böyük Ermənistan” xulyasını həyata keçirməyə çalışmalarına baxmayaraq Azərbaycan xalqı onlara hər zaman lazımi cavab verib. 44 günlük Vətən muharibəsində xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında bir daha mənfur düşmənlərimizə öz gücünü, qudrətini sübut edərək müzəffər ordumuzun gücü ilə tarixi ərazilərimizi ermənilərdən azad edib və Azərbaycanın bütövlüyünə nail olub.

Tarix və onun tədrisi metodikası kafedrasının dosenti Mais Cəfərov “Lənkəran qəzasında mart soyqırımı və onun nəticələri” məruzəsində 1918-ci il martın 31-də erməni silahlı dəstələrinin Lənkəran qəzasənda dinc əhaliyə qarşı başladığı dəhşətli qırğınlardan söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə xalqımızın qazandığı zəfəri, Şuşada, Xankəndində Azərbaycan bayrağının dalğalanmasını qəsbkar qonşularımızdan alınan qisas kimi dəyərləndirib.

Qeyd edək ki, bu gün universitetdə keçirilən ilk dərslərdə 31 Mart soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, faciənin ibrət dərsləri barədə söz açılıb.Universitetin Elmi kitabxanasında faciəni əks etdirən əsərlərdən, mətbu və foto-materiallardan ibarət kitab sərgisi təşkil edilib.